Nazir: “Ölkəmizin beynəlxalq nüfuzu daha da artacaq” – FOTO

“Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək”. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb. “Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq”.  

Daha çox ..

SOCAR tender elan edib – SİYAHI

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. SOCAR “Bakı Olimpiya Stadionu” xüsusi geyim, fərdi mühafizə və təhlükəsizlik vasitələrinə olan tələbatı təmin etmək məqsədilə 3 lotdan ibarət 38006-20/AM açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 27.03.2020-ci il, saat 17:00-a qədər…

Daha çox ..

Britaniya “Ukraynanın işğal planı”nı açıqladı – VİDEO

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün istiqamətlərini əks etdirən xəritə dərc edib. Müvafiq videoçarx nazirliyin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Britaniya hərbçilərinin fikrincə, Rusiya qoşunları qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə, eləcə də Krımdan Odessaya doğru hərəkət edəcəklər. Qeyd edək ki, Müdafiə Nazirliyi müvafiq görüntülərin “yalnız illüstrativ…

Daha çox ..

“Taliban”dan BMT-yə MÜRACİƏT

Əfqanıstanda “Taliban” hərəkatının nümayəndələri Birləmiş Millətlər Təşkilatına (BMT) müraciət ediblər. Onlar Baş Assambleyanın 76-cı sessiyasında (21-27 sentyabr) danışmaq niyyətlərini bildiriblər və Məhəmməd Sohail Şahinin Əfqanıstanın daimi nümayəndəsi olaraq təsdiq edilməsi üçün namizədliyini göndəriblər. Eyni zamanda qeyd edilib ki, 15 avqustdan etibarən Əşrəf Qani istefaya göndərilib və artıq prezident kimi tanınmır. Mənbə: TASS

Daha çox ..

“İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər” – Musa Qasımlı

Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə də böyük kömək edə bilər. ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə millət vəkili Musa Qasımlı deyib. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin bir neçə baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyən M.Qasımlı qeyd edib ki, bu səfər hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin uğurlu…

Daha çox ..

“Qarabağa qayıdacağımızla bağlı zəng gələndə…” Talışdan reportaj

    Yenə Talış kəndindəyik. Hava dumanlı və çiskinli olsa da, kəndin küçələri ilə gəzir, 30 ildən sonra doğma yurda qayıtmış insanları, kənddə həyatın öz axarı ilə davam etməsini görür, fərəh və sevinc hissi keçiririk. Talış işğaldan azad olunduqdan sonra AZƏRTAC olaraq bu kəndə dəfələrlə səfər etmiş, aparılan tikinti-quruculuq işləri, sakinlərin doğma torpaqlarına qayıdışı və onların yaşayış…

Daha çox ..

Bakıda kütləvi dava – 3 nəfər bıçaqlandı

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib. ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb. Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi…

Daha çox ..

Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı – ÖZƏL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı məlum olub. Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 12 nəfər əməkdaşı COVID-19-a yoluxub. “Onlardan altı nəfər artıq sağalıb. Altı əməkdaşımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”. Qeyd edək ki, bir müddət əvvəl nazirliyin səkkiz əməkdaşında koronavirus aşkarlanmışdı.

Daha çox ..

Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək. Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.

Daha çox ..

“İslahatlar siyasətinin davamı”

İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə…

Daha çox ..