“Qoy möminlər yalnız…”
“Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.” (Təğabun, 13)
“Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.” (Təğabun, 13)
Şəmkirdə qətl törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Laçın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, Laçın Məmmədov 2014-cü il noyabrın 24-də, gecə saat 03 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 saylı ünvanda yerləşən “Qaqalar market” adlı mağazada mağazanın sahibi Firuz Zamanovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib. İçki məclisi…
Ötən həftəsonu baş tutan Formula 1 yarışması barədə hər birimiz məlumatlanıb, təəssüratlarımızı bölüşdük, rəylərimizi bildirdik. Pilotlar, bolidlər, traslar və qonorarlar barədə bir çox yeniliklər öyrəndik. Dünənsə, internetdəki çoxsaylı postlar sayəsində, biz həmçinin məşhur pilotların nə geyindiklərini də bildik. Məşhur italiyalı Formula1 pilotu Antonio Qiovinazzinin Azadlıq meydanında, əlində “Paul&Shark” brendinin mavi rəngli polo köynəyini tutmuş fotoşəkili…
Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Çex Respublikasının Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib. Musavat.com xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Təxminən 6 qram protein olan bir yumurta, yetişkin bir şəxsin gündəlik protein ehtiyacının təxminən 11% -ni təmin edir. ARANTV.AZ xəbər verir ki, bunu yumurtanın qidalanma dəyəri haqqında danışan Qida İşıqlandırma Platforması Başçısı və İstinye Universiteti Prof. Dr. Funda. E bildirib. Onun sözlərinə görə, yumurta körpələrdə, uşaqlarda və yeniyetmələrdə sağlam böyümə və inkişaf üçün çox…
“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”. Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə İbrahimova müraciət edib. Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib: “Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın…
Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Dostluq” ordeni ilə Əliyev Eldar Ağabala oğlu Əliyeva Adilə Seyfulla qızı Krapivin Oleq Andreyeviç Məmmədov Əmirullah Məmmədəli oğlu Nisanov…
Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi təsdiq edilib. ARANTV.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib. Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə…
10 gün əvvəl dəm qazından zəhərlənən qadın xəstəxanada ölüb. APA xəbər verir ki, 10 gün əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində 1974-cü il təvəllüdlü Məlahət Rəhimova evinin hamam otağında dəm qazından zəhərlənib. Qadın qonşuları tərəfindən xəstəxanaya çatdırılsa da, ötən gün ölüb. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda su quyusundan kişi meyiti tapılıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, bədbəxt hadisə Günəhir kəndində, mərhumun yaşadığı evin həyətində baş verib. 1992-ci il təvəllüdlü Faiq Mirağa oğlu Fətullayevin meyiti su quyusundan tapılıb. Faktla bağlı araşdırma aparılır.