İcra başcısının müavini ailəsi ilə birlikdə yol qəzasına düşdü – Ölənlər var
Hadisə gecə saatlarında baş verib
Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb.
Bu barədə məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.
Məlumata görə, hadisə gecə saatlarında baş verib.
“Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının həlak olduğu deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, – deyə icradan bildirilib.
Məlumatda sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb. (Axar.az)
***
Qəza baş verən avtomobildə Rəşad Zeynalovun özünün də olduğu bildirilir…
***
Ələt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi barədə məlumat təcili yardıma saat 1:57 də daxil olub.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.
Hazırda KTM-in reanimasiya şöbəsində müalicələri davam edir.

