Hadisə 

Bakıda dəhşətli qəza- Maşın ana və iki azyaşlı körpəsini vurdu

Nərimanovda ana və iki azyaşlı övladını maşın vurub.

ARANTV.AZ xəbər verir ki, ötən gün axşam saatlarında Bakıda ana və azyaşlı övladlarının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonunda qeydə alınıb. Ana və azyaşlı uşaqları 1 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.

Səhiyyə Nazirliyindən xəsarət alanlarla bağlı verilən son məlumata əsasən azyaşlı uşaqlar döş qəfəsinin əzilməsi və ağciyərində əzilmə ilə renimasiya şöbəsinə yerləşdirilib. Qadın isə oturaq sümüyünün əziyi və müxtəlif travmalarla travma şöbəsinə yeləşdirilib.
Qeyd edək ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Məmmədova Elmira Aslan qızını və onun övladları – 2015-ci il təvəllüdlü Məmmədov Əmir Dmitri oğlunu, 2014-cü il təvəllüdlü Məmmədova Emilya Dmitri qızını vurub.
Faktla bağlı araşdırma aparılır.Sonxeber.az

Daha çox xəbərlər