Hadisə 

Sumqayıtda evdə partlayış: ər-arvad yaralandı

Sumqayıtda evdə partlayış olub.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər