Dünya 

Rusiyada şaxtada yanğın olub: 2 nəfər itkin düşüb

Rusiyanın Komi respublikasında yerləşən kömür şaxtasında yanğın baş verib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı şaxtada 45 nəfər olub ki, onlardan 33 nəfəri ərazidən çıxarılıb, 9 nəfər isə şaxtada təhlükəsiz ərazidədir.

Hadisə nəticəsində 3 nəfər fəhlə itkin düşüb, artıq onlardan bir nəfəri sağ tapılıb. Hazırda xilasedicilər tərəfindən itkin düşmüş 2 nəfərin axtarışı aparılır.

Qeyd olunub ki, yanğın iki min kvadratmetr sahədə lokallaşdırılıb.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Daha çox xəbərlər