Qobustanda qardaş bacısını bıçaqladı
Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çalov kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Yaqubov Füzuli Rahib oğlu qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Dünyaxanım Yaqubovanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan qadın Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən F.Yaqubov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

