Cəlilabad sakini özünü güllələdi
Cəlilabad rayonunda silahlı insident olub.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş O.Sadıqovun vəziyyəti orta-ağırdır.
Cəlilabad rayon polis şöbəsənin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

