Cəmiyyət 

Millət vəkilindən icbari tibbi sığorta ilə bağlı TƏKLİF

İcbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır.

ARANTV.AZ-ın xəbərinə görə, bunu “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən, icbari tibbi sığorta ilə bağlıdır”.Sonxeber.az

Daha çox xəbərlər