Qardaşı tərəfindən başı kəsilən Aytənin övladı kimə verildi? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Abşeronda 23 yaşlı qardaşı tərəfindən anasının məzarı üstə başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyevanın 9 aylıq oğlu Hüseyn polislər tərəfindən Azərbaycan Uşaqlar Birliyində yerləşdirilib.
Bu barədə Sonxeber.az saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, qeyd edib ki, 9 aylıq Hüseyn polislər tərəfindən sığınacağa gətirilib: “Bunun mənim üçün nə qədər ağır bir hadisə olduğunu sözlə ifadə edə bilmirəm. Hüseynin üzünə baxmaqdan utanıram. Ən çoxda Aytənin öldürülmə səbəbini soruşanların əqidəsizliyi məni utandırır”.


