Əsas səhifə 

BİR MÜƏLLİM ÖMRÜ

1923-cü ilin yaz ayında Bərdə rayonunun Alpout kəndində Salman kişinin  ailəsində üç qız uşağından sonra bir oğlan uşağı dünyaya gəldi. Uşağın gəlişi ailə üçün böyük bir toy bayrama çevrildi. Uşaq bayram ərəfəsində doğulduğu üçün adını da Bayram qoydular. Elə ilk günlərindən uşaq çox sakit valideynlərinin və bacılarının sözlərinə diqqətlə qulaq asar, çox az danışardı. Uşağın belə fərəsətli olmağını valideynləri görüb beş yaşında onu orta məktəbə qoydular. Orta məktəbdə dərsə davamiyyəti, əla oxumağı ilə bütün müəllim və şagirdlərin hörmətini qazanır. Əla qiymətlərlə orta məktəbi bitirən Bayram elə həmin il Gəncə Pedoqoji Universitetinə qəbul olur. Universiteti fərqlənmə diplomu ilə bitirib öz doğulub boya başa çatdığı Bərdə rayon Alpoud kəndinə gəlir. Müharibə illəri müəllim çatışmamazlığı olduğuna görə elə Bayram müəllimi də həmin il məktəb direktoru təyin edirlər.

Bir neçə il Alpoud kəndində işlədikdən sonra Bayram müəllim Xanağalı, Qaradəmirçi kəndlərində də məktəb direktoru kimi işləyir. Rayon Partiya Komitəsi onun bu işgüzarlığını qiymətləndirib 1949-cu ildə Bərdə şəhərində yeni açılmış Pionerlər evinə direktor təyin edirlər. İşlədiyi bu müddətdə Bayram müəllim həm Rayon Partiya Komitəsinin, həm Rayon Təhsil Şöbəsinin həmişə diqqət mərkəzində olur. 1960- cı ildə Həmkarlar İttifaqı nəzdində Bərdə rayonunda Pionerlər Düşərgəsi açılır. Pionerlər Düşərgəsi 2 aylıq iyul, avqust tətil günlərində olur. Burada beşinci sinifdən onuncu sinifə qədər təhsildə yaxşı oxuyan uşaqları götürürlər. Bu çox çətin, həm də məsuliyyətli bir iş idi. Burada hər növbədə 150-200 uşaq istirahət edir. Elə buna görə də, Rayon Partiya Komitəsi bu məsul vəzifəyə də həm Pionerlər Evinə, həm Pionerlə Düşərgəsinə rəhbərliyi Bayram müəllimə məsləhət verirlər.

Bayram müəllim bu vəzifələri 1972-ci ilə qədər icra edir. 1972- ci ildə Bayram müəllim Mədəniyyət Evinin, Mədəniyyət Sarayının,  Musiqi məktəbinin direktoru vəzifəsində çalışır. Dəfələrlə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin, Rayon Partiya Komitəsinin fəxri fərmanlarına, pul mükafatına layiq görülür. Bayram müəllim, savadlı pedaqoq, ziyalı olmaqla bərabər gözəl ailə başçısı idi. Onun bir qız, beş oğul övladı var. Uşaqların hamısı ali təhsilli, ölkənin müxtəlif sahələrində çalışırlar. Atam Hüseynov Rafiq deyirdi ki, mən həmişə fəxr etmişəm ki, mənim atam Bayram müəllim olub. Çünki, məndən soruşanda ki, kimin oğlusan, deyirdim Bayram müəllimin. Bircə söz eşidərdim, Allah o kişiyə rəhmət eləsin. o, çox alicənab, çox savadlı, əsl ziyalı bir insan idi. Məndə bu gün fəxr edirəm ki, mən Bayram müəllimin nəvəsiyəm. Allah babama rəhmət eləsin. Qəbri nurla dolsun.

Qələmə aldı nəvəsi Vüsal Bayramov.

Aran Media qəzeti

Daha çox xəbərlər