Şəmkirdə maşın aşıb: ölən var
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü İsmayılov Rafiq İsmayıl oğlunun idarə etdiyi “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

