Hadisə 

Bakıda 60 yaşlı kişi zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1959-cü il təvəllüdlü Abbasov Faik Abbas oğlu yaşadığı ünvanda ölü tapılıb.

Meyitin ilkin müayinəsi zamanı F. Abbasovun sirkə turşusundan zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər