Gündəm 

Əli Əhmədov: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək

Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur.

ARANTV.AZ-ın məlumatına görə, bunu YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib. O bildirib ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir.

Onun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək.

Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib. Oxu.Az

Daha çox xəbərlər