Abşeronda güllələnən gəncin kimliyi məlum oldu – Qətlin səbəbi…
Abşeron rayonunda gənc oğlan güllələnərək qətlə yetirilib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Pirəküşkül qəsəbəsində baş verib.
İnsident zamanı 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu ürək nahiyəsinə tapançadan açılan atəş nəticəsində öldürülüb. Rayon Prokurorluğundan qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

