Abşeronda güllələnən gəncin kimliyi məlum oldu – Qətlin səbəbi…

Abşeron rayonunda gənc oğlan güllələnərək qətlə yetirilib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Pirəküşkül qəsəbəsində baş verib.

İnsident zamanı 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu ürək nahiyəsinə tapançadan açılan atəş nəticəsində öldürülüb. Rayon Prokurorluğundan qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.