Cəmiyyət 

Rusiyada azərbaycanlıya aliment ödəməyən şəxs tutuldu

Rusiyanın Krasnoyarsk şəhərində azərbaycanlıya aliment ödəməyən şəxs saxlanılıb.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, polis əməkdaşları küçədə onları görüb özünü qəribə aparan və qaçmağa başlayan şəxsi saxlayıblar.

Araşdırma nəticəsində 31 yaşlı şəxsin Azərbaycanda yaşayan övladı üçün aliment ödəmədiyinə görə 2018-ci ilin avqust ayından federal axtarışda olduğu məlum olub.

Polis hadisənin təfərrüatını araşdırır.Oxu.Az

Daha çox xəbərlər