Cəmiyyət 

Turizm dəhlizləri boyu sanitar qovşaqları tikiləcək

“Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub”.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca sanitar qovşaqların olmamasıdır: “Bu, regionlara gedən turistləri çox narahat edir. Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir”.

Daha çox xəbərlər