Hadisə 

Gəncədə iki qadın dəm qazından zəhərləndi

Gəncədə iki qadın dəm qazından zəhərlənib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, şəhərin Ələkbər Seyfi küçəsində yaşayan 1983-cü il təvəllüdlü  Xəyalə Verdiyeva və 1957-ci il təvəllüldü Elmira Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla  bağlı araşdırma aparılır.

Daha çox xəbərlər