Minaya düşən Xocalı sakininin VƏZİYYƏTİ AÇIQLANDI
Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən Xocalı rayonu, Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlunun vəziyyəti açıqlanıb.
TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) 26.04.2026-cı il tarixində saat 14:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

