İbrahim Mehdiyev baxçasında döyülən uşaqdan DANIŞDI: “Prokurorluq yoxlama aparıb…”
Yasamal Rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyevin olduğu iddia olunan uşaq bağçasında azyaşlı döyülüb.
Bu barədə azyaşlının valideyni Pərvin Şükürzadə 2 yaşlı övladının “Nərgiz” körpələr evində döyüldüyünü iddia edib.
ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən İbrahim Mehdiyev uşaq baxçasında azyaşlının döyülmədiyini bildirib:
“O, uşaq baxçası ölkənin ən qabaqcıl və yaxşı şərait yaradılan özəl körpələr evindən biridir. Orada uşaqların tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məsələdən mən də xəbərdaram Fəridə adlı xanım oranın idarəçiliyini edir. O, mənim qohumum deyil. Mən o zaman həmin baxçanı dövlət üçün tikmişdim. Amma Bakı Şəhər İcra Hakimiyyəti bildirdi ki, bizim vəsaitimiz yoxdur maliyyələşdirməyə, get özəlləşdir, ver kimə istəsən işlətsin. Mən də özəlləşdirib, Fəridə xanıma işlətməyə verdim. Prokurorluq körpələr evində yoxlama aparıb. Kameralara baxıblar, görüblər belə hadisə olmayıb. O valideyn çətin adamdır. Şələşür bir adamın sözünə hamı inanmalıdır?”

