Abşeronda 3 uşaq anası dəm qazından öldü
Abşeronda 3 uşaq anası dəm qazından boğulub.
ARANTV.AZ-ın məlumatına görə, hadisə noyabrın 29-da rayonun Xırdalan şəhəri ərazisində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü İlhamə Musayevə saat 22:30 radələrində yaşadığı mənzilin hamamında çimən zaman dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Qadını ölmüş vəziyyətdə kiçik oğlu aşkar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, İ.Musayeva üç uşaq anası olub.Axeber.az

