Siyasət 

Prezident İlham Əliyev Gündüz Kərimovu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edib

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin”.

Daha çox xəbərlər