Cəmiyyət 

Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

ARANTV.AZ-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi üçüncü – sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Oxu.Az

Daha çox xəbərlər