Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edildi
Azərbaycanla Qazaxıstan arasında yeni protokol təsdiq edilib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

