İranda ağır qəza: 3 nəfər öldü, 24 nəfər yaralandı

İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib.

M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.

Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.

M.Xaledi hadisə yerinə 9 təcili yardım maşınının cəlb olunduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər