Xaçmazda “Cinli Əhməd” 3 uşaq atasını ürəyindən bıçaqlayıb
Xaçmaz rayonunda 26 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası dekabr ayının 6-na təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınan Ə.Yaqubov 3 uşaq atası Etibar Cavadovu bıçaqlayıb.
O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.
Polis əməkdaşları tərəfindən saxlanılan Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

