Bakıda əcnəbi tələbə toyuq doğrayarkən qarnını deşdi
Bu gecə Bakının Yasamal rayonunda əcnəbi tələbə bıçaq xəsarəti alıb.
ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə V.Əliyev küçəsi ev 263-də yerləşən mənzildə baş verib.
Belə ki, Qərb Universitetinin I kurs tələbəsi, 1992-ci il təvəllüdlü Kathnaracahi Aruna yaşadığı ünvanda qarın nahiyəsindən bıçaqlanıb.
Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.
İlkin ehtimala görə, o toyuq doğrayarkən özünü bıçaqlayıb.
Lakin xəstənin vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


