Cəmiyyət 

Bu gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

İmam hicri-qəməri tarixi ilə 232-ci ildə Mədinədə dünyaya göz açıb.

ARANTV.AZ-ın məlumatına görə, imam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.

Bu əlamətdar İmam Həsən Əskərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.İslam.az

Daha çox xəbərlər