Hadisə 

Bakıda daha bir tələbə faciəvi şəkildə öldü

Dekabrın 4-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə Dadaşov Nurlan Akif oğlunun dəm qazından boğularaq ölüb.

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, həmin ünvanda kirayə yaşayan Nurlan tələbə olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kursunda təhsil alırmış.
Nurlan Dadaşod dünən doğulduğu Ağsu şəhərində dəfn edilib.

Qeyd edək ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər