Cəmiyyət 

“VAZ 2107” Bakı küçələrində elə avtoşluq etdi ki… – VİDEO

Paytaxtda avtoşluq edən şəxs kameralara yaxalanıb.

ARANTV.AZ xəbər verir ki, dövlət qeydiyyat nişanı 10SC041″VAZ 2107″ avtomobilin sürücüsü yol hərəkət iştirakçılarına təhlükə yaradaraq, qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edib. Görüntülər izləyənlər tərəfindən birmaənalı qarlaşılanmayıb.

Qeyd edək ki, qanunda avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.big.az


 

Daha çox xəbərlər