Ağdam rayonu İmamqulubəyli kəndində səyyar qəbul keçirilib
ARANTV.AZ xəbər verir ki, avqustun 31-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon rəhbərliyinin İmamqulubəyli kəndində səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Kənd sakinlərindən Bayram Hüseynov, Məhəbbət Davudov, Əsgər İbrahimov, İsmayılov Zöhrab, və başqaları əhalinin həyat şəraiti və bəzi problemlər barədə məlumat veriblər. Sakinlər rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə ediblər.. Çıxışlarda, eyni zamanda kənddə yeni subartezian quyularının qazılmasına, Tib məntəqəsinin tikilməsinə, kəndarası küçələrin təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.



