Deputat məktəb direktorları ilə görüşdü – Foto
Millət vəkili Qənirə Paşayeva yeni dərs ili öncəsi Tovuzda məktəbləri ziyarət edib.
ARANTV.AZ xəbər verir ki, deputat məktəb direktorları və kollektivləri ilə görüşüb.
Q.Paşayeva Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və gənclərin savadlanmasına verdiyi böyük önəmdən danışıb. O bildirib ki, hər bir gəncimiz orta məktəb illərindən tarixi, ədəbiyyatı yaxşı öyrənməlidir.
Deputat bu istiqamətdə müəllimlərin də üzərinə böyük vəzifələrin düşdüyünü deyib.
Q.Paşayeva həmçinin, fəal gənclərlə də görüşüb, onlara hədiyyə və kitablar təqdim edib.
.jpg)
axar.az

