Hadisə 

Bərdədə evdə GÜCLÜ PARTLAYIŞ – Xəsarət alan var

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, yanğın nəticəsində ətrafa dağılan yanacaq və otağın tavanı qismən yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Daha çox xəbərlər