Ermənistanda ATIŞMA
Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində gecə saatlarında atışma olub.
ARANTV.AZ publika.az-a istinadla xəbər verir ki, yerli polis atışmada bir neçə nəfərin iştirakı ilə baş verdiyini müəyyənləşdirib.
Hadisə yerində 7,62 mm kalibr gilizlər və rezin dəyənəklər tapılıb.
Faktla bağlı cinayət işi açılıb.

