İdman 

“Qarabağ”ın Avroliqada – OYUNLARIN TAM TƏQVİMİ

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

ARANTV.AZ xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

“Qarabağ”ın oktyabrın 4-də İngiltərənin “Arsenal”, oktyabrın 25-də Ukraynanın “Vorskla” komandası ilə Bakıdakı görüşləri saat 20:55-də başlanacaq. Ağdam klubunun noyabrın 29-da  qəbul edəcəyi Portuqaliya “Sportinq”i ilə oyununun start fiti isə saat 21:55-də çalınacaq.

Qurban Qurbanovun yetirmələri sentyabrın 20-da Portuqaliyanın paytaxtı Lissabondakı Joze Alvalade adına stadionda “Sportinq”lə görüşə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Köhlən atlar” noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda “Vorskla”, dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı “Emireyts” stadionunda “Arsenal”la görüşlərə Bakı vaxtı ilə saat 00:00-da start verəcək.

Qeyd edək ki, “Qarabağ”ın ev oyunları arenasının dəyişdirilərək Bakı Olimpiya Stadionuna salınacağı istisna deyil.

oxu.az

Daha çox xəbərlər