Cəmiyyət 

Bu maddənin çatışmazlığı ARIQLAMAĞA MANE OLUR – ALİMLƏR

Arıqlamaqda çətinlik çəkən insanların çoxu adətən dəmir çatışmazlığından əziyyət çəkir.

ARANTV.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, Avstraliyanın Edit Kouen Universitetinin alimləri bu qənaətə gəlib.

Araşdırma nəticəsində məlum olub ki, artıq çəkili insanların 80%-i qaraciyərin alkoqolsuz piylənmə xəstəliyindən əziyyət çəkir.

Xəstəlik qaraciyərin iş funksiyasını zəiflədir və dəmir çatışmazlığına səbəb olur.

Bu maddənin çatışmazlığı isə, öz növbəsində halsızlıq yaradır və insan tez yorulmağa başlayır. Belə hallar çox vaxt tənbəlliklə səhv salınır.

Alimlər arıqlamaqda çətinlik çəkən hər kəsə tərkibində dəmir olan meyvə-tərəvəz və dənli bitkilərdən daha çox istifadə etməyi tövsiyə edir. Qida rasionu qaydasına düşdükdə orqanizmdə idmanla məşğul olmaq üçün enerji də artır.

Daha çox xəbərlər