Hadisə 

Bakıda avtomobil 5 yaşlı qızı vurdu – AYAĞI ƏZİLDİ

Bakıda yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan şəxs tutulub.

ARANTV.AZ  xəbər verir ki, dekabrın 13-də Bakı şəhər sakini, 5 yaşlı Ləmanın Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisənin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi saxlanılıb.Sonxeber.az

Daha çox xəbərlər