Bakının mərkəzindəki bağda quldurluq – Gecə saat 4-də…
Bakıda quldurluq hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.
Onların həmin gün saat 4 radələrində Səbail rayonu Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.Publika.az

