Hadisə 

Yevlaxda yeni doğulan körpə öldü

Yevlaxda yeni doğulan körpə ölüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında vəfat edib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.APA

Daha çox xəbərlər