Sumqayıtda yük avtomobili aşıb – İki nəfər öldü
“Shacman” markalı yük avtomobili yol kənarına aşıb
Sumqayıt şəhərində yük avtomobili aşıb.
ARANTV.AZ xəbər verir ki, “Shacman” markalı yük avtomobili yol kənarına aşıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələrinin səyi nəticəsində sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.Sonxeber.az

