Cəmiyyət 

Bu il kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən illə müqayisədə 7,1 faiz artıb

“Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıb”.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6,2% təşkil edib, həmçinin aqrar məhsulların Azərbaycandan ixracı ötən ilin müvafiq dövrü ilə əsaslı formada artıb:

“Hesab edirik ki, bu göstəricilər ilin sonunadək artacaq. Bu göstəricilər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düzgün dövlət siyasətinin nəticəsi sayıla bilər”.

Daha çox xəbərlər