Hadisə 

Bakıda quldurluq – 3 nəfər tutuldu

Bakıda quldurluq etmiş şəxslər tutulub.

ARANTV.AZ  xəbər verir ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılmışlar.S.Məcidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilib.Sonxeber.az

Araşdırma aparılır.

Daha çox xəbərlər