Cəmiyyət 

Azərbaycan qazının başı üstündə qurdlar ulaşır

Azərbaycan qazını Türkiyəyə nəql edən TANAP qaz kəmərinin Türkiyənin Ərdahan vilayətindəki kompressor stansiyasının ətrafında canavar sürüsü toplaşıb.

ARANTV.AZ  xəbər verir ki, canavarların toplaşması mühafizə kameraları tərəfindən qeydə alınıb, kompressor stansiyasının ətrafına toplaşan canavar sürüsü stansiyada çalışan işçiləri və ətrafdakı kəndliləri qorxuya salıb.

Azərbaycan qazının başı üstündə qurdlar ulaşır
Güman edilir ki, mənfi 30 dərəcəyə enən sərt hava şəraitində qida tapmayan canavar sürüsü TANAP qaz kəmərinin Damaldakı kompressor stansiyasının ətrafına qida axtarmaq üçün toplaşıblar. Yırtıcılar bir ağızdan ulaşıblar və onların səsi ətraf kəndlərə yayılıb. Şahidlərin sözlərinə görə, hər il bu bölgədə oxşar hallar müşahidə edilir. Lakin bu qədər böyük canavar sürüsünün, həm də yaşayış yerinə bu qədər yaxın gəlməsi ilk dəfədir müşahidə olunur.

Güman edilir ki, mənfi 30 dərəcəyə enən sərt hava şəraitində qida tapmayan canavar sürüsü TANAP qaz kəmərinin Damaldakı kompressor stansiyasının ətrafına qida axtarmaq üçün toplaşıblar. Yırtıcılar bir ağızdan ulaşıblar və onların səsi ətraf kəndlərə yayılıb. Şahidlərin sözlərinə görə, hər il bu bölgədə oxşar hallar müşahidə edilir. Lakin bu qədər böyük canavar sürüsünün, həm də yaşayış yerinə bu qədər yaxın gəlməsi ilk dəfədir müşahidə olunur.Virtualaz.org

Daha çox xəbərlər