Siyasət 

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktub göndərib.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm”.

Daha çox xəbərlər