Dohadan Bakıya kokain gətirən Braziliya vətəndaşı məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə gətirməkdə təqsirləndirilən Braziliya vətəndaşı De Lima Medeiros Julio Cesarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
ARANTV.AZ xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 20-nə təyin edilib. Rəsmi məlumata əsasən, Doha-Bakı aviareysi ilə gələn Braziliya vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri görünüb. Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib.
Nəticədə, qara rəngli çamadanın astarının altında yan divarlarına yapışdırılan ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib.
Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə – kokain aşkar edilib.Oxu.Az

