Cəmiyyət 

Bu il Azərbaycan əhalisinin sayı 71 min nəfərdən çox artıb

İlin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 053 145 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Daha çox xəbərlər