Hadisə 

Qazax-Sədərək marşrutu Ələt yolunda QƏZAYA UĞRADI – 2 ölü, 5 yaralı

Bakı-Ələt yolunda qəzaya uğrayan mikroavtobus Qazax-Bakı marşrutu olub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, Qazax rayonundan start götürən “Mercedes Vito” markalı miroavtobus Qazax rayon Mərkəzi Avtovağzalından çıxaraq Sədərək Ticarət Mərkəzinin avtovağzalına gəlirmiş. Avtomobil Ələt qəsəbəsi ərazisində idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Səhiyə Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən qəza nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.

Daha çox xəbərlər