Rusiyada silahlı atışmada iştirak edən azərbaycanlı tutuldu
Rusiyanın Sankt-Peterburq şəhərində tərəvəz anbarında silahlı atışmada iştirak edən azərbaycanlı tutulub.
Nevnov.ru-nun xəbərinə görə, onu Rusanovski küçəsində yerləşən mənzildə tutublar.
Xatırladaq ki, Sofiyski küçəsində yerləşən anbar ərazisində beş nəfər mübahisə edib, daha sonra onlar arasında silahlı münaqişə yaşanıb.
Hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

