“Saxlanılan İcr başçısının şəhid ailələrinə ayrılan vəsaiti mənimsəməsi dəhşətdir”- Aqil Abbas
Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aqil Abbas bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə gedir: “Dünənki həbslər də həmin mübarizənin bir parçasıdır. Ölkəmizdə kadr islahatları gedir. Kim bu islahatlara maneə olarsa təbii ki, onlar öz cəzalarını alacaqlar. Həbs olunan icra başçısının şəhid ailələrinə ayrılan vəsaiti yeməsi, süpürgəçinin, maddi durumları aşağı olan insanların pulunu mənimsəməsi dəhşətli bir addımdır. Ona görə də düşünürəm ki, qanun pozuntularına yol verən və tutduğu vəzifədən asılı olmayaraq hər kəs öz cəzasını alacaq. Son bir ildə aparılan islahatların müsbət nəticələri həm iqtisadi, həm də başqa sahələrə artıq görünməkdədir. Düşünürəm ki, dünənki həbslər yerində olmayan adamları yerindən tərpədəcək. Ən önəmlisi isə, başqalarına nümunə olacaq”.

